Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi

8 noyabr 2019-cu il tarixində II-d sinfinin sinif rəhbəri Göyçək Cəfərovanın təşkilatçılığı ilə 9 noyabr— Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir baş tutdu.Tədbirdə balacalar öz istedadlarını nümayiş etdirdilər.Belə ki, onların  geyimlərində, mahnı ifalarında, həm rəqslərində, həm də şeirlərində vətənpərvərlik və bayrağa məhəbbət təsvir edilmişdi. Kiçik və mənalı səhnəciklərlə bayrağın bir millət üçün nə qədər vacib və dəyərli olduğu izləyicilərə çatdırıldı.Həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağına verdiyi dəyər və “Bayraq günü”nün məhz onun əmri ilə keçirilməsi də xüsusi qeyd edildi.Sonda məktəb rəhbərliyi öz təbriklərini və tədbirlə bağlı ürək sözlərini dedilər və Göyçək müəllimə kiçik yaşlı məktəblilərə vətən sevgisi aşılayan bu cür tədbir üçün təşəkkür etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi