Aylı- ulduzlu qələbə

3 noyabr 2019-cu il tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “9 noyabr—Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilmişdir.Müsabiqə Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirildi və Bakı məktəblərindən bir çox şagird iştirak etdi.Müsabiqədə bizim məktəbi XIb sinif şagirdi Yusif İsmayılov təmsil etdi.O,Xəlil Rza Ulutürkün “Qaytar mənim qüdrətimi,Azərbaycan!” adlı şeirini bu şeirin əks etdirdiyi qüdrətə və vətənpərvərliyə layiq şəkildə səsləndirdi.Bunun nəticəsidir ki,7 noyabr tarixində Yusif İsmayılov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində idarə rəhbəri Raqif Abbasov və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim tərəfindən fərqlənmə diplomu ilə mükafatlandırıldı.Şagirdimizi təbrik edir və uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi