Şəhidlər ölməz, Vətən bölünməz
07.04.16-cı il tarixində Xəzər rayonu Ə.Quliyev adına 121 saylı tam orta məktəbdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında toplanış keçirilmişdir.Azərbaycan xalqının igid oğlullarına dəstək ,vətənimizin hər yerində olduğu kimi məktəbimizdə də yüksək səviyyədə təşkil olunmuşdur.Hal-hazırda mənfur ermənilərin zəbt etdiyi əzəli və əbədi torpaqlarımızda bir neçə gün ərzində şəhid olmuş əsgərlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.Toplanışda məktəbin direktoru Akif Abdullayev, dərs hissə müdiri Həməşəxanım Bayramova,tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova,UBR Sevda Əliyeva ,psixoloq Samirə Rzayeva çıxış edərək tədris ocağında təhsil alan şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması və ruh yüksəkliyi, əzmkarlıq nümayiş etdirməsini vurğulamışdır.Azərbaycan torpaqlarında bayrağımızı dalğalandıracaq, ən yüksək zirvələrə, lazım gələrsə düşmənin gözünün içinə sancacaq,əsgərlər ,zabitlər elə bizim şagirdlərin arasından çıxa biləcəyini vurğuladılar.”Canımsan qanımsan Azərbaycan!” “Qarabağ bizimdir,bizim olacaq”,”Ya Qarabağ, ya ölüm başqa yolu yox artıq” şüarları səsləndirən yuxarı sinif şagirdlərimiz, "Ali baş komandanımız sizinləyik", “Yalnız irəli!” adı altında yürüş etdilər.Toplanışda vətənpərvərlik ruhunda mahnılar, şeirlər toplantı iştirakçılarının alqışlarına səbəb oldu.”Biz səninləyik Azərbaycan əsgəri!” şüarı ilə toplanışımıza yekun vuruldu.