20 oktyabr-20 noyabr Uşaq hüquqları aylığıdır

Hər il olduğu kimi bu il də Uşaq hüquqları aylığı çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlamışıq. Belə ki, 26.10.2019-ci il tarixində “Uşaqları qoruyaq və qayğı göstərək” başlığı altında seminar keçirildi. Seminarı məktəbin aparıcı liderləri olan 11-ci sinif şagirdləri açıq elan edərək dünyada  eləcə də ölkəmizdə bütün uşaqların hüquqlarının müdafiəsi , təhsil, sağlamlıq, sığınmaq, fiziki və psixoloji qorunma kimi hüquqları haqqında çıxış etdilər. Söz tədbirin təşkilatçısı – Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimovaya verildi. Elnarə müəllim tədbir iştirakçıları və qonaqları salamlayaraq 20 noyabr 1989-cu ildə  BTM tərəfindən qəbul edilən və193 ölkə tərəfindən təsdiq edilmiş uşaq hüquqları haqqında məlumat verdi. Daha sonra söz məktəbin psixoloqu- Samirə Rzayevaya verildi,o, uşaqların, yeniyetmələrdən fərqli fiziki, fizioloji və psixoloji davranışı ilə əlaqədar olaraq tədbir iştirakçılarını məlumatlandırdı.Tədbirdə iştirak edən təhsilə dəstək mərkəzinin baş metodisti  Rövşən Qasımov və Xəzər Rayon Gənclər İdarəsinin və Gənclər Evinin baş məsləhətçisi Dilşad Nuriyeva müəllim və şagirdlərə öz təşəkkürlərini bildirərək xoş təssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi