Ana dilim- mənim varlığım

Fevral ayının 20-də Binə qəsəbəsi, Ə.Quliyev adına 121№-li tam orta məktəbdə Beynəlxalq Ana dili Günü münasibəti ilə “Ana dilim – mənim varlığım”mövzusunda tədbir keçirilmişdir. Tədbir dövlət himni ilə başlamış,daha sonar aparıcılar – Xb sinif şagirdləri Ayşən Əsgərova və Aydan Əliyeva qonaqları,müəllimləri,şagirdləri salamlayaraq tədbirə başlamışlar. Tədbirdə həm ibtidai sinif, həm də yuxarı sinif şagirdləri iştirak edirdilər. Şagirdlər ana dilimizin gözəlliyi ilə bağlı şeirlər söyləmiş, tamaşa hazırlamış, gözəl rəqslərlə çıxış etmişlər. Ana dilinin gözəlliyini, onun şirinliyini əks etdirən X.Rzanın “Mənim dilim” şeirini Vc sinif şagirdi Atayeva Esmira xüsusi məharətlə ifa etdi. VIIIB sinif şagirdlərinin ifasında ana dilinə xor baxanlar, dilimizə yabancı ünsürlər qatanların tənqid etdildiyi səhnəcik nümayiş etdirildi, IV sinif şagirdləri isə T.Bayramın “Ana dili” şeirini söyləyərək dilimizə ögey münasibət bəsləyənləri bird aha nankor adlandırdılar.Xb sinif şagirdləri Səməd Vurğunun “Vaqif” dramından bir pərdəni səhnələşdirmişdilər. Xb sinif şagirdləri – Atababa Babazadənin, Məmmədov Səftərin, Quluzadə İmranın ifası hamının xoşuna gəldi. Tamaşaçılar onların ifasını çox bəyəndilər. Eyni zamanda məktəbin IXA sinif şagirdi Səmədzadə Aqşinin oxuduğu muğamat qonaqlar tərəfindən alqışla qarşılandı və tədbirə rəngarənglik qatdı.VIIIb sinif şagirdi Mürsəlov Əlinin və Vc sinif şagirdi Bağırov Tuncayın sazda ifası da alqışlandı.Sazın müşayiəti ilə VIIIb sinif şagirdləri B.vahabzadənin “Ana dili” şeirini söylədilər.Aparıcılar ümummilli lider Heydər Əliyev tərəfindən dilimizlə bağlı qəbul edilmiş tarixi sənədlər haqqında məlumat verdilər.Şagirdlər öz ifaları ilə hamını ana dilinə hörmətlə yanaşmağa onu sevməyə, göz bəbəyi kimi qorumağa səslədilər.Sonda məktəbin direktoru Akif Abdullayev fənn müəllimlərinin və şagirdlərin hazırladıqları tədbirlə bağlı öz fikirlərini bildirdi və bu tədbiri yüksək qiymətləndirdi.Məktəbimizdə çox istedadlı və savadlı, aktyorluq qabiliyyətinə malik uşaqlar vardır. Müəllimlərin əsas vəzifəsi onların istedadlarını üzə çıxartmaq və daha da təkmilləşdirməkdir.