“Nə? Harda? Nə zaman?” intellektual oyununun qalibi olduq

   14 oktyabr 2019-cu il tarixində Xəzər Gənclər Evində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə Xəzər rayonu məktəbləri arasında yarış keçirilib.Yarış Xəzər Rayon İcra Hakimiyyətinin,Rayon Gənclər və İdman İdarəsinin və Gənclər Evinin təşkilatçılığı ilə baş tutub.

    Yarış hər mərhələdə on sual olmaqla iki mərhələdə keçirilib.Suallar intellektual mövzuları və ümumi dünya görüşünü əhatə edib.Hər məktəbin komandası 5 nəfərdən ibarət olub.Beləliklə,gərgin keçən mübarizənin sonunda Ə.Quliyev adəna 121№-li tam orta məktəbin XIb sinif şagirdləri birinci yerə layiq görülüblər.Qalib komandanın üzvləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.Biz də təbrik edir və belə davamlı nəaliyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi