İstehsalat müəssisələrimizi tanıyaq

  11 oktyabr 2019-cu il tarixində Ə.Quliyev adına 121 №-li tam orta məktəbin müəllimi Ellada Nəcəfova IVb sinfində texnologiya fənnindən şagirdlər arasında “İstehsalat müəssisələrimizi tanıyaq” mövzusunda müsabiqə keçirtmişdir.Müsabiqənin keçirilmə məqsədi  zavod,fabrik və kombinatların hər biri barədə ayrı-ayrılıqda məlumatlanmaq,onların əsas funksiyalarını və iş prinsiplərini öyrənmək idi. Eyni zamanda şagirdlərin əl bacarıqlarını inkişaf etdirmək də bu müsabiqənin əsas məqsədi idi.

   Əvvəlcədən şagirdlər müəssisələrə müvafiq olaraq 7 qrupa bölündü-tikiş və toxuculuq fabriki,mebel fabriki,çay fabriki,avtomobil zavodu,aviasiya zavodu,kağız kombinatı,kimya kombinatı.Beləliklə,hər qrup,özünə aid olan istehsalat müəssisəsi haqqında məlumat verdi və əl işləri vasitəsilə həmin müəssisənin istehsalat məhsullarını təqdim etdi.

    Sonda qrupların fəaliyyəti qiymətləndirildi və I,II,III yerlər üzrə mükafatlandırılma aparıldı.Eyni zamanda fərdi olaraq da üç yer üzrə mükafatlandırılma oldu.Qiymətləndirilmədə və yerlərin seçimində təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimə Bəşirova və tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi