Valideyn-məktəb-şagird

Təhsilin uğuru valideyn-məktəb-şagird üçbucağının nailiyyətlərindən ibarətdir: "Bu üçbucaqda hansısa ünsiyyət pozulanda problemlər meydana çıxır". Təhsil ocağı şagirdlərin hərtərəfli inkişafı üçün ən mühüm məkandır. Onların fərdiliklərini nəzərə almaq məqsədilə 2019-2020 –ci tədris ilinin ilk həftələrindən etibarən valideynlərlə iclas keçirildi. İclasda valideynlərə övladlarının təlim-tərbiyəsi, məsuliyyəti və bilik səviyyələri haqqında məlumat verildi.