Kern-Yerasek proyektiv metodikası

26-30 sentyabr 2019-cu il tarixlərində məktəbin psixoloqu Rzayeva Samirə ,  I sinif şagirdlərinin məktəbə adaptasiyası və hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə şagirdlərlə Kern-Yerasek proyektiv metodikasını keçirdi, 

Testin keçirilməsində məqsəd şagird haqqında həm ümumi məlumatlar əldə etmək, həm də onun bilik ehtiyatı, məktəbə münasibəti, təfəkkür və nitqi, hafizə və diqqəti, ətrafdakı adamlara münasibəti, ailəsi haqqında məlumatlar əldə etməkdən ibarət idi.

Məktəbə yeni gələn uşaq bağça dövründən fərqli olaraq sistematik təlim fəaliyyətinə cəlb olunur. Bu zaman birinci gündən başlayaraq şagirdləri yoxlamaq ayrıayrı cisim və hadisələrə diqqət yetirmək, öz diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən başqa bir sahəyə keçirmək tələb olunur. Bu keyfiyyətlər olmadan təlim fəaliyyətinin səmərəliliyindən də danışmaq olmaz. Bu tələblərə əməl etdikdə onun diqqəti tədricən inkişaf etməyə başlayır. 

 Kiçik yaşlı məktəblilərdən mexaniki hafizə qüvvətli olsa da, saxlanması yalnız mexaniki yolla deyil, həm də məntiqi yolla olur. Bu yaş dövrünü səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda təfəkkürün inkişafıdır.  Bu testin  nəticəsində onlar ,canlı obrazı əvvəlcə görür, sonra onu təsəvvür edir və təsəvvüründə yaradır.

 Lakin bilik ehtiyatları və təcrübələri az olduğu üçün uşaqlarda hələ təfəkkür yüksək səviyyədə deyildir. Bu yaş dövründə uşaqlar şəkillər, rənglər, səslər və duyğularla düşünürlər.

    Kiçik yaşlı məktəblilər daim axtarışda olub bilmədiklərini öyrənməyə həvəs göstərir. Hər bir müəllim kiçik yaşlıların psixologiyasından xəbərdar olmalıdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi