Pedaqoji Şuranın iclası keçirildi

18 iyun 2019-cu il tarixində məktəbimizdə növbəti Pedaqoji Şuranın iclası keçirildi. İclasda 8 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Rafiq Rəhimov və dərnək rəhbəri Əfsanə Əzizova iştirak edirdilər. 2018-2019-cu tədris ilində "Bacarıqlı Əllər" dərnəyində ən fəal iştirak edən şagirdlərə Rafiq Rəhimov, Əfsanə Əzizova , Akif Abdullayev və Təlim-Tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova "Diplom" təqdim etdilər. Məktəbin direktoru Akif Abdullayev uşaqların uğurlarının daha bol olmasını arzuladı. Direktor daha sonra Pedaqoji şuranın iclasının Gündəlik məsələlərini müəllimlərin nəzərinə çatdıraraq iclası açıq elan etdi.