"Son Zəng" keçirildi

14 iyun 2019-cu il XI siniflərin "Son zəng" tədbiri keçirildi. Tədbiri Təlim-tərbiyə işləri üzrə direktor müavini Bayramova Həmişəxanım müəllimə açıq elan etdi. Məktəbin direktoru Akif Abdullayev məzunlara ürək sözlərini dedi, uğurlar arzuladı. Tədbirdə məzunlar biri-birindən maraqlı musiqi və rəqslərlə çıxış etdilər. Məzunların bu sevincinə birincilərimiz də qoşulub kiçik səhnəcikləri ilə tədbirə gözəllik qatdılar. Tədbir "Son zəng" in vurulması ilə başa çatdı.