“Hər birimiz bir çiçək” adlı tədbir keçirildi

12 iyun 2019-cu il tarixində məktəbin 1 ç sinfinin sinif müəllimi İsmayılova Sevda “Hər birimiz bir çiçək” adlı tədbir keçirdi.Tədbirdə 1ç sinfində təhsil alan 26 şagird tərəfindən vətənə, analara, təhsilə, məktəbə həsr olunmuş şeir, səhnəcik, mahnı və rəqslər nümayiş etdirildi. Tədbirin sonunda şagirdlərə aldıqları yüksək bilik və bacarıqlara görə sertifikatlar təqdim olundu. Məktəbin direktoru Akif Abdullayev və bir neçə valideyn ibtidai sinif müəllimi İsmayılova Sevdaya təşəkkürlərini bildirdilər.