Valideynin məktəbdə bir günü

“Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinin icrası ilə bağlı məktəbdə tədbirin həyata keçirilməsi məqsədilə “Tədbirlər planı” hazırlanaraq 29 may 2019-cu il tarixində  həyata keçrildi.Layihə çərçivəsində ümumtəhsil müəssəsində təhsil alan şagirdlərin valideynləri, övladlarının təhsil aldığı məktəbə dəvət edildilər. Məktəblə tanışlıqdan sonra valideynlərin dərslərdə iştirakı təmin edildi.Sonda məktəbin foyesində “Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda seminar keçrildi. Seminarda Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova, məktəb psixoloqu Samirə Rzayeva ,Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva çıxış etdi. Görüşdə valideynlər fənn kabinetləri ilə tanış oldu ,onları maraqlandıran suallara cavab verildi. Sonda məktəbin istedadlı  şagirdlərinin iştirakı ilə bədii hissə nümayiş etdirildi və lahiyə ugurla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi