Dəyirmi masa keçirildi

2019-cu il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi tamam olur. Bu məqsədlə 27 may 2019-cu il tarixində məktəbin tarix müəllimi Nadir İmanverdiyev VII-XI sinif şagirdləri ilə birgə “Dəyirmi masa” təşkil etdi. Tədbiri giriş sözüylə açan müəllim həmin gün Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə olduğundan Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük xidmətlərindən danışdı. Daha sonra şagirdlər AXC haqqında öz araşdırma və lahiyələrini təqdim etdilər.Sonda Nadir müəllim Azərbaycan Xalq Cümhuriyyətinin təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərpa etdiyi müstəqillik ideyası unudulmadı.