IX siniflərdə növbəti monitorinq keçirildi

3 mart 2019-cu il tarixində Bakı şəhəri üzrə bütün orta ümumitəhsil məktəblərində IX siniflər üzrə buraxılş imtahanlarının I mərhələsi keçirildi.İmtahanda hər il olduğu kimi bu il də zəif nəticə göstərən şagirdlərin sayı olmuşdur.Bu məqsədlə Bakı Təhsil İdarəsinin rəhbərliyi zəif nəticə göstərmə potensialı yüksək olan şagirdlərin sayının azaldılmasına,onların ikinci imtahanda qiymət faizlərinin qaldirilmasına dəstək məqsədilə məktəblərdə sınaq imtahanları keçirilir.   Növbəti belə sınaq imtahanı 27 may 2019-cu il tarixində keçirildi.İmtahan tam obyektiv şəkildə təşkil olunmuşdu.İmtahanda hər fəndən 30 sual olmaqla 90 sual tərtib olunmuşdu.Sualların tərtibatı zamanı lazım olan meyarlar gözlənilmişdi.Belə ki,suallar asan-orta  səviyyədə qurulmuşdu.İdarənin göndərdiyi hazır cavablar əsasında testlər yoxlanıldı.Müəyyən olundu ki,əvvəlki sınaqlarda olduğu kimi,bu sınaq imtahanında da nəzərəçarpacaq dərəcədə  irəliləyişlər əldə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi