“Müstəqil Azərbaycan dövlətinin qurucuları” adlı seminar keçirildi

27.05.2019-cu il tarixində tarix fənn müəllimləri və VII-IX sinif şagirdlərinin iştirakı ilə “ Müstəqil Azərbaycan dövlətinin qurucuları” adlı seminar keçirildi.
Seminarda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması,AXC-nın mövcud olduğu dövrdə həyata keçirilən işlər, AXC-nın görkəmli nümayəndələri, Azərbaycançılıq ideologiyasının fəlsəvi məna tutumu və mahiyyəti, Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiəti, Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti ,Qədim Azərbaycan dövlətlərinin bayraqları və rəmzləri haqqında danışıldı.
AXC-nın mövcud olduğu dövrdə gördüyü işlər haqqında seminar iştirakçıları öz çıxışlarında məlumat verdilər.