"Hərbi tariximiz - Ordumuzun keçdiyi şanlı yol” mövzusunda dəyirmi masa keçirildi

25 may2019 – cu il tarixində “Ordumuzun keçdiyi şanlı yol” adlı “Dəyirmi masa” təşkil edilib. Azərbaycan hərb tarixi haqqında məlumat verən Mahir Ağayev Silahlı Qüvvələrimizin yaranmasından və hazırkı inkişafından danışdı . Mahir müəllim Azərbaycan Ordusunda ilk hərb məktəbinin yaradıcısı olan ümummilli lider Heydər Əliyevin bu sahədə gördüyü böyük işlər haqqında da məlumat verdi. O , Heydər Əliyev tərəfindən 1998 – ci il mayın 22 – də imzalanan fərmanla 1998 – ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilməsini tarixi hadisə kimi qeyd etdi. “Dəyirmi masa” nın sonunda ordu quruculuğunda xüsusi xidmətləri olan digər tarixi şəxsiyyətlərlə bağlı Azərbaycan hərb tarixinə həsr olunmuş videoçarx nümayiş olundu.