“Mənəvi dəyərlərimiz” mövzusunda diskussiya keçirildi

25 may 2019 – cu il tarixində məktəbimizdə Azərbaycan dili fənn müəllimləri : Tahirə Haşımova və Rzaqulu Məmmədov VII – XI sinif şagirdləri ilə “Mənəvi dəyərlərimiz” mövzusunda diskussiya keçirdilər. Tədbirdə Rzaqulu müəllim xalqımızın qədim dövrdən bu günə kimi mövcud olub, insanların həyat tərzi , məişətində böyük rol oynayan dəyərlərimizdən söz açdı. Tahirə müəllim adət - ənənələrimiz haqqında ətraflı məlumat verdi. Şagirdlərimizin mövzuya cəlb olunması, maraqlı fikirlərin ortaya çıxmasına səbəb oldu və onlar mövzu haqqında öz fikirlərini bildirdilər.