“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi tədbir keçirdi

24 may 2019-cu il tarixində “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi tərəfindən məktəbdə müəllim və şagird kollektivi ilə birgə vətənə sevgi duyğularını gücləndirmək,onun təbiətinə,canlı aləminə sevgi,mərhəmət və əxlaqi münasibət keyfiyyətlərini inkişaf etdirmək məqsədilə maarifləndirici tədbir və konsert keçirildi.Tədbirdə İctimai Birliyin rəhbəri Mənsurə Rəsulzadə iştirak edirdi.Tədbir zamanı məktəbin şagirdləri tərəfindən hazırlanan seir və mahnılar da səsləndirldi.Tədbirin sonunda məktəbin direktoru Akif Abdullayev “ALYANS” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi tərəfindən şagirdlər arasında ekoloji maarifləndirmə aparılması üçün təşkilatı işlərdə ən fəal məktəb və fəal direktor kimi “QIZIL ÜRƏK” Fəxri Adına layiq görülərək Diplomla mükafatlandırıldı.