İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı “Dəyirmi masa” keçirildi

2019-cu il may ayinin 24-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Umarova yuxari sinif şagirdləri ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,publisist ,istedadlı nasir ,ssenarist ”İsmayil Şixlının anadan olmasının 100 illiyi ilə əlaqədar” Dəyirmi masa təşkil etdi.
Tədbirdə ədibin həyat və yaradicılığı işıqlandırıldı.Müəllim öz çıxışında İsmayil Şixlının bir alim-tədqiqatçı kimi ədəbiyyatımızın ayrı-ayrı problemləri,ayrı-ayrı görkəmli nümayəndələri haqqında böyük tarixi-ədəbi dəyərə malik məqalə-xatirələr yazıb çap etdirdiyini bildirdi. Şagirdlər hazırladıqları təqdimat və əl işlərini nümayiş etdirdilər.
Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Məmmədtağıyeva öz müəllimi- İsmayıl Şıxlı ilə bağlı xatirələrini bölüşdü.O bildirdi ki,İsmayıl Şıxlı dedikdə göz önündə ilk növbədə əsl şəxsiyyət, vətənpərvər yazıçı, vicdanlı bir vətəndaş obrazı canlanır.
Sonda ədibin ssenarisi əsasında çəkilmiş “Dəli Kür”filmindən fraqmentlər göstərildi. Müəllim bildirdi ki, “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühim ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsi ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifaəsini tapmışdır. Bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İ.Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. İ, Şıxlı taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmişdir.