Səhiyyə Nazirliyinin nümayəndələri məktəbimizdə

Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin nümayəndələri 22 may 2019-cu il tarixində məktəbimizdə oldular. Onlar məktəbiin akt zalına 6-cı sinif şagirdlərini toplayaraq onlara gigiyena qaydaları haqqında məruzə söylədilər. Həyatımızda sağlamlığımız üçün önəmli yer tutan bu gigiyenik qaydalar içində əllərimizi yumağın nə qədər vacib olduğunu, yoluxucu xəstəliklərin 80%-inin təmasla ötürüldüyünü, əlləri sabunla yumağın tənəffüs yollarının iltihabı hallarını 23% azaltdığını bildirərək, yeməkdən əvvəl, burun sildikdən sonra, ayaqyolundan istifadə etdikdən sonra, ictimai nəqliyyatdan istifadədən sonra mütləq əllərimizi yumalı olduğumuzu söylədi və əllərin təmiz olduqda mikrobların daha tez məhv olduğunu bildirdi. Daha sonra əlyuma qaydalarını slaydda nümayiş etdirərək, şagirdlərin əyani olaraq nəzərinə çatdırıidı.
Nümayəndələr daha sonra yeniyetməlik dövrünə çatan şagirdlərin, qızların və oğlanların ayrı-ayrılıqda bilməli olduğu bir sıra vacib məsələləri uşaqların diqqətinə çatdırdılar. Geyimlərimizə qarşı diqqət yetirməyi,təmizliyi qorumağı, bunun sağlamlığımız üçün əsas rol oynadığını şagirdlərə izah etdi. Başqasının yatağında yatmağın zərərli hal olduğunu bildirdilər. Daha sonra dişlərimizlə bağlı gigiyenik qaydalara riayətin, dişlərə düzgün qulluq etməyin daha faydalı olduğundan söhbət açdılar.