Reproduktiv sağlamlığın əsasları

20 may tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndləri məktəbimizdə qonaq oldu. Nazirliyin nümayəndələri 6-ci sinif qızlarını akt zalına dəvət edərək onlarla gigiyenik məsələlər haqqında söhbət etdilər. Tezliklə yeniyetməlik yaşına çatacaq olan qızlara yaşlarının onların xarici görkəmlərində necə dəyişikliklər yaradacağını ətraflı başa saldı. Qızlara artıq uşaqlıq dövründən fərqli olaraq, həyatlarında əsasən də səhhətlərində baş verəcək halları sadə dillə izah edən nümayəndələr qızların suallarını geniş şəkildə cavablandırdılar. Bu haqda məlumatlanan 6-ci sinif qızları Səhiyyə Nazirliyinin nümayəndələrinə təşəkkürlərini bildirdilər.