Nəsimi yaradıcılığı ilə bağlı “Dəyirmi masa”

 23 may 2019-cu il tarixində Nəsimi yaradıcılığı  ilə bağlı  Azərbaycan dili və ədəbiyyatı müəllimi Əfsanə  Xalıqova “Dəyirmi masa” keçirdi.  “Dəyirmi masa”da  fənn müəllimləri  və VIII- XI sinif şagirdləri iştirak edirdilər. Müəllim ilk öncə Nəsimi yaradıcılığı ilə bağlı geniş məlumat verdi.  Daha sonra “Nəsimi” filmindən fraqmentlər təqdim olundu.  VIII sinif şagirdləri  Nəzakət Usubova və Röya Əzimova şairin həyatı və hürufiliyi təbliğ etməklə bağlı topladıqları məlumatlarla  əlaqədar hazırladıqları  məruzələrlə çıxış  etdilər.  XI sinif şagirdi Qurban Quluzadə  və VIII sinif şagirdləri  Aysu Paşayeva və  Həbibə Seyidova şairin   şeirlərini  səsləndirdilər.  “Dəyirmi masa” da şagirdlər tərəfindən çəkilmiş  Nəsiminin  portreti  də nümayiş olundu.  

     Azərbaycan klassik ədəbiyyatının ən görkəmli nümayəndələrinin həyat və yaradıcılığı ilə  şagirdləri daha yaxından tanış etmək məqsədi ilə dil -ədəbiyyat   müəllimi Əzizə  Səlimova yuxarı sinif şagirdləri ilə birlikdə  Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə ekskursiya  təşkil etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi