Söz xəzinəsinin nadir incilərindən

22 may 2019-cu il tarixində 7c sinif şagirdlərinin və dil-ədəbiyyat müəllimlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatı, xüsusilə onun qədim və orta əsrlər dövrünün , xalq yaradıcıllığı və folklormuzun yorulmaz tədqiqatçısı,ilk görkəmli naşirlərdən olan akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi. Həmid Araslının ədəbiyyatımızda mövqeyi haqqında fənn müəllimi Təranə Məmmədtağıyeva geniş məlumat verdi. Sonra 7-ci sinif şagirdləri İzzət Məmmədov, Amil Orucov, Tanrıverdi Orucov , Sabirə Məmmədova, Nəzrin Abdullazadə və başqaları böyük alımin həyat yaradıcılığı, tədqiqatları haqqında hazırladıqları məruzələrlə çıxış etdilər.