İngilis dili fənnindən şeir müsabiqəsi keçirildi

15 may 2019-cu il tarixində ingilis dili fənn müəllimi Çinarə Abbasovanın “Poems in English” (İngilis dilində şeirlər) adlı müsabiqəsi keçirildi. Müsabiqədə IV sinif şagirdləri iştirak edirdilər. Şagirdlər ingilis dilində şeirlər söyləyərək öz bacarıqlarını nümayiş etdirdilər.Mövzu seçimində şagirdlər sərbəst idilər. Müsabiqədə Robert Börnz , Robert Frost kimi yazarların yaradıcılığından şeirlər səsləndirildi. Hər bir şagird münsif olaraq əyləşən ingilis dili müəllimləri və məktəb müdriyyəti tərəfindən qiymətləndirildi. Daha çox bal toplayan və bəyənilən 7 nəfər şagird fərqləndirilmək məqsədilə diplomla təltif olundular. Müsabiqədə 4e sinif şagirdi Məmmədova Lalə “My Heart’s in the Highlands”, 4C sinif şagirdi Cəlilova Səkinə “My best friend mother”, 4Ç sinif şagirdi Budaqova Rəhimə “Aim high to the sky” adlı şeirləri ilə I yerə , 4B sinif şagirdi Abıyev Zeynal “Azerbaijan”, Dadaşova Fidan “Families” adlı şeirləri ilə II yerə , 4Ç sinif şagirdi Həsənov Zəka “The pledge of kindness”, 4F sinif şagirdi Əliyeva Ayşə “The wind on the hill” şeirləri ilə III yerə layiq görüldülər.