Şagirdimiz daha bir uğur qazandı

5 may 2019-cu il tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019”  keçirilmişdir.Layihənin əsas  məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək idi.“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə etmişdir.Marafonda 22 min 320 nəfər iştirak etmişdir.Uzun və gərgin mübarizədən sonra qaliblər müəyyənləşmiş, medal və sertfikatlarla mükafatlandırılmışlar.Belə ki,ilk minliyə düşən şəxslər də mükafata layiq görülmüşdür.Onlardan biri də,məktəbimizin XB sinfinin əlaçı şagirdi Elmir Yəhyayev olmuşdur.O,ilk min iştirakçı içərisində 645-ci yeri tutmuş,medal və sertfikatla mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi