İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar bədii qiraət keçirildi

2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmilli nümayəndəsi, pedaqoq, ssenarist, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, ictimai xadim və xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan dili və ədəbiyyat müəlllimi Şəbnəm Umarova məktəbin IX sinif şagirdləri ilə məktəb kitabxanasında tədbir keçirtdi.Tədbir giriş sözü ilə açıldıqdan sonra şagirdlər ədibin yaradıcılığı ilə yaxından tanış oldular.Kitabxanaçılar- Gülnarə İmanverdiyeva və Minayə Qasımova şagirdlərə yazarın əsərləri haqqında tövsiyələr verdilər.Toplantıda məktəb şagirdlərinin hazırladıqları layihələr təqdim olundu, eləcədə İsmayıl Şıxlının eyniadlı əsəri əsasında çəkilmiş “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirildi. Sonda Şəbnəm Umarova bildirdi ki, İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə parlaq səhifə yazmış söz ustalarındandır. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş yazıçının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ehtiramın bariz nümunəsidir.