Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Dəyirmi masa” keçirildi

8 may 2019-cu il tarixində VII-VIII sinif şagirdlərinin və dil-ədəbiyyat müəllimlərinin iştrakı ilə böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi.Fənn müəllimi Tahirə Haşımova bənzərsiz nasir,kiçik hekayənin böyük ustadı,qüdrətli dramaturq, azərbaycançılıq ideologiyasının yaradıcılarından, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” məktəbinin,tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.Şagirdlərdən: İsmayılov Davud, Məmmədova Səkinə və Babayeva Nəzifə hazırladıqları məruzələrlə çıxış etdilər.