Dəyirmi masa keçirildi

8 may 2019-cu il tarixində faşizm üzərində qələbənin 74 illiyi münasibətilə IX-X sinif şagirdləri “Dəyirmi masa” keçirdilər.Dəyirmi masada məktəbin tarix müəllimi Nadir İmanverdiyev İkinci Dünya müharibəsi haqqında məlumat verdi. Təsviri incəsənət müəllimi Nisə Quliyeva şagirdlər tərəfindən Böyük Vətən müharibəsinə həsr olunmuş şəkilləri nümayiş etdirməklə onlar haqqında danışdı.8№-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Əfsanə Əzizova müharibədə böyük rəşadət göstərmiş veteranlar haqqında məlumat verdi.Təlim və tərbiyə işləri üzrə direktor muavini Həməşəxanım Bayramova da partizan hərəkatının ən fəal üzvlərindən biri olan Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə haqqında bildiklərini söylədi. Şagirdlərdən:Rüstəmova Aydan, Məmmədov İsmayıl, Əhmədova Fəridə, İsgəndərova Sevinc, Əliyev Şahmar və başqaları Böyük Vətən müharibəsi haqqında fikirlərini bildirdilər.