Şuşasız 27 il

Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı
Şuşanın işğalından 27 il ötür. Hər il olduğu kimi bu il məktəbimizdə bu günlə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Ədəbiyyat müəllimi Əfsanə Xalıqova Şuşa mədəniyyəti və ədəbiyyatı haqqında şagirdlərə geniş məlumat verdi.Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar çıxış edərək məktəbdə təlim və tərbiyə alan şagirdlərin vətənpərvərlik hissinin güclü olmasını vurğuladı. Dəyirmi masada iştirak edən 7d sinif rəhbəri Bənövşə Bayramova mütəmadi olaraq sinif təşkilat saatlarında işğalda olan Azərbaycan torpağları haqqında məlumatlar verildiyini bildirdi. Uşaq birliyi rəhbəri Sevda Əliyeva bildirdi ki,Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. İnsan və uşaq hüquqları konvensiyasının madəlləri pozulub, dünya isə hələ də göz yumur. Dəyirmi masada şagirdlərimiz Şuşa haqqında maraqlı fikirlərini bildirdilər.Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 27 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Amma bu, belə davam edə bilməz. Xalqımız əmindir ki, Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa da nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək. Ulu Öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.