Məktəbimiz uğur qazandı

4 may 2019-cu il tarixində Xəzər Gənclər Evinin təşkilatçılığı ilə Heydər Əliyevin 96-cı il dönümünə həsr olunmuş “Lider 96” adlı intellektual yarışma keçirilmişdir.Xəzər rayonun məktəbləri arasında keçirilən bu yarışmada bizim məktəbin də beş nəfərdən ibarət komandası iştirak etmişdir.Elmir Yəhyayev,Nicat Əhmədov,Firuzə Məlikzadə və Məhəmməd Quliyev XB ,Həsən Əlizadə isə XIB sinfindən olmaqla “Lider” komandası təşkil olunmuşdu. Yarışda müxtəlif elm sahələrini əhatə edən,şagirdlərin intellektual səviyyə və dünya görüşünü sınağa çəkən suallar təqdim edildi.Suallara daha tez və düzgün cavab verən komandalar qalib gəldi.Qızğın mübarizə şəraitində keçən yarışda komandamız III yerə layiq görüldü.Qaliblər sertfikatla mükafatlandırıldı. Xəzər Gənclər Evinin direktoru Nərmin Rəhimova qaliblərə sertfikatları təqdim edərək onları təbrik etdi və gələcək həyatlarında daha böyük nəaliyyətlər arzuladı.