Texnologiya fənnindən açıq dərs keçirildi

6 may 2019-cu il tarixində məktəbin texnologiya müəllimi Qəhrəmanova Ləmanın VI a sinfində “Elektrik enerjisinin ötürülməsi və istifadəsi yolları” mövzusunda açıq dərsi keçirildi. Motivasiyadan sonra mövzunun adı şagirdlərə elan olundu. Şagirdlər elektrik enerjisinin alınması, ötürülməsi və istifadəsinə dair video slaydı izlədikdən sonra müəllim tərəfindən şagirdlərə mətnin dərslik üzrə oxunması tapşırıldı. Sinfi qruplara bölüb tədqiqat üçün iş vərəqləri paylanıldı və tədqiqat işi üçün vaxt verildi. “Enerji”, “Külək”, “Günəş” adlı qruplarının təqdimatı dinlənildikdən sonra mövzunun müzakirəsi təşkil olundu. Diskusiya şəklində keçən dərsdə hər bir şagird fəal iştirak edirdi. Dərs zamanı elektrik enerjisinin istehsalatda, məişətdə və kənd təsərrüfatında istifadəsi haqqında ətraflı məlumat verildi. Dərsin sonunda müəllim tərəfindən şagirdlərin fərdi və qrup şəklində qiymətləndirilıməsi aparıldı.