İməclik keçirildi

Ekoloji tarazılığın bərpası və ətraf mühitin təhlükəsizliyinin,insanların sağlamlığının təmin edilməsi,məktəb ərazisinin gözəlləşdirilməsi istiqamətində işlərin davamlı həyata keçirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 aprel 2019-cu il tarixli 2009-05/13 nömrəli məktubunu əsas tutaraq,məktəbdə iməcliklərin keçirilməsi üçün Tədbirlər Planı hazırlanmışdır.Plana əsasən 4 may 2019-cu il tarixdə məktəbin həyətyanı sahəsində ağacların gövdələri əhəng məhlulu ilə ağardılmış,alaq və otlardan təmizlənmiş,sinif otaqlarında təmizlik işləri həyata keçirilmişdir.Davamlı olaraq növbəti həftə ərzində də təmizlik və abadlıq işləri davam etdiriləcəkdir.