Ibtidai sinif müəllimləri ilə iclas keçirildi

3 may 2019-cu il tarixində məktəbin direktoru Akif Abdullayevin iştirakı ilə ibtidai siniflərdə Riyaziyyat fənni üzrə keçirilən monitorinqin nəticələri müzakirə olundu. Mart – aprel aylarında məktəbin II-IV siniflərində şagirdlərin təlim keyfiyyətlərinin aşkara çıxarılması məqsədi ilə 27 sinif üzrə Riyaziyyat fənnindən keçirilən iki monitorinqin nəticələri müqayisəli şəkildə analiz edildi.