İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dil-ədəbiyyat müəllimi Rzaqulu Məmmədov 02 may .2019-cu il tarixində şairin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirmişdir. Müəllim, Şərq bədii fikrinin ən gözəl nailiyyətlərinə yiyələnmiş, geniş biliyə, parlaq istedada malik ustad bir şair kimi Azərbaycan şeirinə və türk xalqlarının ədəbiyyatına yeni istiqamət verən, ictimai-fəlsəfi lirikanın ən qüdrətli yaradıcılarından olan Nəsimi haqqında geniş məlumat verdi.Müsabiqədə iştrak edən şagirdlər arasından Aytən Haşımova I, Aynur Nəsirzadə II, Roza Haşımova isə III yerə layiq görüldülər.