Şagirdlərimizin daha bir uğuru

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş “Abad Məhəllə” layihəsi çərçivəsində Futbol idman növü üzrə turnirdə 121 nömrəli tam orta məktəb komandası iştirak etmişdir. Yarışda altı komanda iştirak edirdi. Bu oyunun nəticələrinə görə məktəbimizin komandası II yerə layiq görüldü. Komandamız Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundu.