“Gələcəyini qur!”

30 aprel tarixində məktəbimizdə “Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsini nümayəndələri qonaq oldular. Onuncu sinif şagirdləri ilə həmsöhbət olan nümayəndələr layihənin özəlliklərindən bəhs etdilər. Nümayəndələr 2014-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi və bir sıra yerli və xarici şirkətlərin sponsorluğu ilə həyata keçirilən layihənin məqsədinin, universitetlərə hazırlaşmaq imkanı məhdud olan, lakin oxuma həvəsi olan bilikli və bacarıqlı gənclərin ali məktəblərə qəbul olmalarına dəstək göstərmək olduğunu vurğuladılar. Eyni zamanda, əsas məqsədin müxtəlif imkan və fürsətlərdən yararlanmalarına şərait yaratmaqla onların həyatda uğur qazanmalarına dəstək vermək və bununla cəmiyyətimizə yüksək intellektli milli və mənəvi dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaq olduğunu bildirdilər. Layihə buna nail olmaq üçün seçiləcək məktəblilərin qəbul imtahanlarına hazırlaşmalarına dəstək göstərməklə yanaşı, onların hər tərəfli inkişafı üçün müxtəlif görüşlərin keçirilməsini nəzərdə tutmuşdur.
Onuncu sinif şagirdlərinin müxtəlif suallarıni da cavablandıran nümayəndələr layihənin məzunlarının hal-hazırda qəbul imtahanlarında yüksək bal toplamaları nəticəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində ödənişsiz təhsil aldıqlarını şagirdlərin nəzərinə çatdırdı. Sonda nümayəndələr layihə rəhbəri Bəhruz Hidayətzadənin adından çıxış edərək da ali təhsilə yiyələnmək və yüksək ixtisaslı mütəxəssisə çevrilərək cəmiyyətə faydalı vətəndaş olmaq arzusu olan şagirdlərə layihənin yaratdığı imkanlar vasitəsilə təhsil və karyera istiqamətində onlara imkan yaradacaqlarını və bacarıqlarını artırmaq imkani verəcəklərini bildirdilər.