Azərbaycan dili fənnindən açıq dərs keçirildi

29 aprel tarixində Məmmədova Nuranənin 5c sinfində Azərbaycan dili fənnindən “Xarıbülbül” mövzusunda açıq dərsi keçirildi. Motivasiya mərhələsində sxemdə verilən müxtəlif suallara cavab verilərək Xarıbülbül cavabı tapıldı. Daha sonra tədqiqat sualı olaraq “Xarıbülbül haqqında hansı əfsanə və rəvayətlər bilirsiniz?” sualı qoyuldu. Şagirdlər dörd qrupa bölündükdən sonra onlara Şuşa, Qarabağ, Ağdam və Xarıbülbül adları verildi və tədqiqat işi S.Məmmədovun “Xarıbülbül” mahnısı sədaları altında davam etdi. Şagirdlər təqdimatı etdikdən sonra Xarıbülbül haqqında slayd izləndi və xarıbülbülün vətəni Şuşa və Qarabağ haqqında məlumat verildi və şagirdlərin bilikləri yoxlandından sonra onlara Qarabağın tarixən mövcud olmuş tarixi abidələrinin hazırki vəziyyəti slayd vasitəsilə göstərildi. Dərslikdəki tapşırıqlar yerinə yetirilərək dil qaydaları bilikləri möhkəmləndirildi.