Riyaziyyat fənnindən açıq dərs keçirildi

26 aprel 2019-cu il tarixində IXç sinfində riyaziyyat müəllimi Səyavuş Batıyevin “Ədədi silsilə” mövzusunda açıq dərsi keçirildi.Riyaziyyat bütün elmlərin şahı hesab olunduğundan,bu elmin demək olar ki,bütün bölmələri insan həyatında böyük rola malikdir.Digər elmlərin də həyata tətbiq olunmasında bu elm mühüm rol oynayır.Dərsin məqsədi əlbətdə ki,əvvəlcədən nəzərdə tutulmuş standartlara uyğun təlim nəticələrini əldə etmək idi.Bunun üçün də ilk öncə dərsin motivasiyası düzgün quruldu.Düzgün motivasiya sayəsində şagirdlərdə bu dərsə qarşı maraq oyandı.Daha sonra şagirdlər dörd qrupa — “Şəfəq”,“Məntiq”,“Zəka”,“Savalan”—bölündülər.Hər bir qrupa tapşırıqlar yazılmış iş vərəqləri paylandı və şagirdlər tədqiqat apararaq verilmiş tapşırıqları həll etməyə çalışdılar.İşlərini bitirən qrup üzvləri qrup rəhbərlərinə işləri təhvil verdilər.Qrup rəhbərləri işləri təqdim edərək öz fikirlərini əsaslandırdılar.Cavablar bütün şagirdlər tərəfindən müzakirə olundu,doğru və yalnış fikirlər müəyyənləşdirildi.Şagirdlər bir-birləri ilə məlumat mübadiləsi apararaq lazımi təlim nəticələrini əldə etdilər.Müəllim sonda ümumiləşdirmə və meyarlara uyğun həm qruplar üzrə,həm də fərdi olaraq qiymətləndirmə apardı.Beləliklə,bu mövzunun həyatla sıx şəkildə bağlı olması sübuata yetirildi.Ədədi silsilənin informatika,mühəndislik,memarlıq və inşaat,mühasibat və digər sahələrdə də çox böyük rolu olduğu vurğulandı.