Mülki Müdafiə gününə həsr edilmiş seminar keçirildi

23 aprel 2019-cu il tarixində Mülki Müdafiə Günü ilə əlaqədar IX,X,XI sinif şagirdləri və işçilərlə seminar keçirildi.Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətmək idi.Şagirdlərə fövqəladə hal anlayışı,mülki müdafiə,texnogen qəzalar,fərdi mühafizə vasitələri,yanğın, partlayış,zəhərlənmə təhlükəsindən mühafizə,dəm qazından zəhərlənmənin profilaktikası,"112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi