Mülki Müdafiə günü keçirildi

23 aprel 2019-cu il tarixdə məktəbin Mülki Müdafiə üzrə illik Tədbirlər Planının 5.1. bəndinə uyğun olaraq Mülki Müdafiə günü keçirildi.Tədbirdə Xəzər-Pirallahı rayonları üzrə Fövqəladə hallar və Mülki Müdafiə şöbəsinin rəisi,kapitan Vüsal Fətullayev iştirak edirdi.Tədbirdə Mülki Müdafiə gününə hazırlıq və onun keçirilməsinə dair hazırlanmış Tədbirlər Planında göstərilən bütün bəndlər uğurla həyata keçirildi.Tədbirin sonunda kapitan Vüsal Fətullayev şagird və müəllim kollektivinə minnətdarlığını bildirdi.