Açıq dərs keçirildi

18 aprel 2019-cu il tarixində VId sinfində  Azərbaycan dili və ədəbiyyat müəllimi Əfsanə Xalıqovanın “Zərf və digər nitq hissələri” mövzusunda açıq dərsi keçirildi.Açıq dərsin məqsədi  şagirdlərə zərf və digər nitq hissələri kimi işlənən sözlər haqda məlumat vermək və onları cümlə daxilində fərqləndirmək idi.İlk əvvəl dərsin motivasiya mərhələsində müəllim şagirdlərə omonimlər haqda sual ünvanladı. Sagirdlərdən cavab aldıqdan sonra müəllim vurğulayır, dilimizdə elə sözlər var ki, onlar cümlə daxilində işlənmə məqamından asılı olaraq  həm zərf , həm də başqa nitq hissəsi kimi işlənir. Səslənən fikirdən sonra tədqiqat sualı formalaşır: “Eyni sözün zərf və ya digər nitq hissəsi olmağını necə müəyyən edək?”  Şagirdlər qruplara ayrılır: İçərişəhər, Xəzər, Şuşa, Qız qalası. Qruplar yeddi dəqiqə ərzində tədqiqat apardılar.Vaxt bitdikdən sonra qrup rəhbərləri öz işlərini təqdim etdilər və işlər bütün siniflə müzakirə edildi. Müəllim deyilən fikirləri ümumiləşdirərək bir daha vurğuladı ki, bu cür sözlərin qrammatik mənası yalnız kontekst daxilində müəyyənləşir. Şagirdlərin nəzərinə bir daha çatdırıldı ki,  zərf hərəkətə aid olur, say və sifət isə əşyaya aid olur  Yaradıcı tətbiqetmə kimi dərslikdəki 6-cı tapşırıq yerinə yetirildi. Sonda qiymətləndirmə aparıldı və qruplar xüsusi meyarlara əsasən bal toplayaraq qiymətləndirildilər.İçərəşəhər qrupu qalib oldu.Dərs öz məqsədinə çatmış oldu.Şagirdlər  zərf və digər nitq hissəsi kimi işlənən sözləri fərqləndirməyin yolunu mənimsəyərək təlim nəticələrini əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi