Gələcəyin mühəndisi

Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi, Tusi - BOHM Planetarium birgə əməkdaşlıq çərçivəsində və Şamaxı Astrofizika Rəsədxanası, Azərkosmos, Bakı Dövlət Universitetinin dəstəyi ilə 12 aprel “Ümumdünya Aviasiya və Kosmonavtika günü”nə həsr olunmuş Bakı şəhər məktəbliləri arasında “Gələcəyin mühəndisi” müsabiqəsi keçirildi.
Məqsəd məktəblilərin astronomik biliklərin əhatəsini genişləndirmək, onların kosmik sənayeyə marağını artırmaqdır. Müsabiqədə məktəbimizin VII sinif şagirdləri: İsmayılov Davud, Xəlilov Asiman və Talıbov Hüseyn təmsil edirdi. Onların hazırladıqları maketlər sərgidə nümayiş etdirildi. Müsabiqədə mərhələləri keçərək məktəbimizin şagirdləri sertifikatla və müxtəlif hədiyyələrlə təltif olundular.