Dəyirmi masa keçirildi

15 aprel 2019-cu il tarixində təsviri-incəsənət fənn müəllimi Bayramnisə Quliyeva VIII sinif şagirdlərinin iştirakı ilə “Səttar Bəhlulzadə yaradıcılığı” adlı “Dəyirmi masa” keçirdi.”Dəyirmi masa” Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin 110 illik yubileyinə həsr olundu.Onun keçdiyi həyat yolu,Azərbaycan incəsənətidə gördüyü işlər,SSR və dünya rəssamlıq mədəniyyətinə verdiyi töhfələr şagirdlərin diqqətinə çatdırıldı.
Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub.1927-ci ildə rəssamlıq məktəbinə,1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə,1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub.1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib.Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb.1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.
Beləliklə,Səttar Bəhlulzadə nəinki Azərbaycanın,bütün SSR’in istedadlı və sevimli rəssamlarından biri olmuşdur.O,1960-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi,1963-cü ildə Azərbaycanın xalq rəssamı,1972-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.
Sonda Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı,"Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri nümayiş etdirilərək,onun daxili dünyası,vətənpərvərlik ruhu,təbiətə və gözəlliyə vurğun incə qəlbi şagirdlərin diqqətinə çatdırılmışdır.