Ümumdünya Aviasiya və Kosmonavtika günü

12 aprel 2019-cu il tarixində  “Ümumdünya Aviasiya və Kosmonavtika günü” münasibətilə dəyirmi masa keçirildi.“Dəyirmi masa”nın aparıcısı tarix müəllimi Nadir İmamverdiyev,təşkilatçıları təsviri incəsənət müəllimi Bayramnisə Quliyeva və Bakı.ş  8№-li Uşaq-Gənclər İnkişaf Mərkəzi'nin 121 №-li məktəbin nəzdindəki dərnək rəhbəri Əfsanə Əzizova,bu günün mahiyyətini şagirdlərə çatdırmaq üçün əllərindən gələni əsirgəmədilər.

Qeyd edildi ki,1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok"  kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda da bir çox ölkələr tərəfindən bu gün qeyd olunur.Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Azərbaycanda da  son illərdə bu sahədə böyük irəliləyişlər əldə edildiyi şagirdlərin diqqətinə çatdırıldı.Belə ki,Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik agentliyin qarşısında duran başlıca vəzifə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir. 2010-cu il mayın 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində  (indiki Rabitə və Yüksək Texnologiyalar  Nazirliyinin) "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib.Azərbaycanın ilk milli süni telekommunikasiya peyki "Azerspace-1" 2012-ci il fevralın 8-də orbitə çıxarılıb. "Azerspace-1" Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raket daşıyıcısı vasitəsilə qaldırılıb.

Dəyirmi masada həm ibtidai,həm də yuxarı sinif şagirdlərinin göz oxşayan əl işləri nümayiş etdirildi.Təlim-tərbiyə işləri üzrə direktor müavini də tədbirdə yaxından iştirak edərək sonda bütün iştirakçı və təşkilatçılara təşəkkür etdi.
 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi