“31 mart Azərbaycanlıların soyqırımı günü” nə həsr olunmuş dəyirmi masa keçirildi

Yuxarı sinif şagirdləri və fənn müəllimlərinin iştrakı ilə 30 mart 2019-cu il tarixində “31 mart Azərbaycanlıların soyqırımı günü”mövzusunda “Dəyirmi masa “keçirilmişdir.Tarix müəllimi Nadir İmamverdiyev Azərbaycan xalqına qarşı düşmən siyasəti yeridən və zaman-zaman erməni qəsbkarları tərəfindən həyata keçirilən qırğınlardan biri olan 31 mart tarixi haqqında geniş məlumat verdi.O bildirdi ki,bu qırğının əsas təşkilatçılarından biri S.Şamuyan olmuşdur. Qırğınlar Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmişdir. X sinif şagirdləri İbrahim Zamanov, Sevinc İsgəndərova, IX sinif şagirdi Əminə Bağırova, Vlll sinif şagirdi Briliana Məmmədova , Vll sinif şagirdləri Südabə Məmmədova, İzzət Məmmədov və Sabirə Məmmədovanın hazırladıqları çıxışlar da dinlənildi.