Açıq dərs keçirildi

29 mart 2019-cu il tarixində VIIc  sinfində  biologiya müəllimi Fatimə Bəşirovanın “Hörümçəkkimilər sinfi” mövzuunda açıq dərsi keçirildi.Açıq dərsin məqsədi buğumayaqlılar sinfinin  mühüm nümayəndələrindən olan hörümçəklər barədə ətraflı məlumat əldə etmək,bu faydalı və təbiətdə böyük rol oynayan sinfin dəstələri,onları xarici və daxili əlamətlərini dərindən öyrənmək idi.İlk əvvəl dərsin motivasiya mərhələsində məhşur “Hörümçək adam” filmindən kiçik bir fraqmentə baxdıldı.Fraqmentdə hörümçəklərin əsas xüsusiyyətlərini özündə əks etdirən oğlan diqqəti cəlb edən nüans oldu.Daha sonra şagirdlər dörd qrupa-hörümçəklər,gənələr,bövlər,əqrəblər bölündülər.Qruplar yeddi dəqiqə ərzində tədqiqat apardılar.Vaxt bitdikdən sonra qrup rəhbərləri öz işlərini təqdim etdilər və işlər bütün siniflə müzakirə edildi.Mövzu ilə bağlı daha bir maraqlı videoçarx nümayiş etdirildi.Yaradıcı tətbiqetmə mərhələsində isə şagirdlər krossvordu həll etdilər və axırda krossvordun açar sözü olan araxnafobiya (hörümçək fobiyası) kəliməsi əks olundu.Sonda qiymətləndirmə aparıldı və qruplar xüsusi meyarlara əsasən bal toplayaraq qiymətləndirildilər.Hörümçəklər qrupu qalib oldu.Dərs öz məqsədinə çatmış oldu.Şagirdlər hörümçəkkimilər sinfi ilə bağlı əsas xüsusiyyətləri dərindən mənimsəyərək təlim nəticələrini əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi