Bahar bayramı şənliyi keçirildi

Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi,adət-ənənələrimizi özündə yaşadan Novruz bayramına sayılı saatlar qalıb. Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi ,onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Novruz süfrəsini hazırlamağa axır çərşənbədən başlayarlar. Elə biz də ,121 nömrəli məktəb kollektivi olaraq Novruz süfrəmizi 19 mart 2019-cu il axır çərşənbə günü hazırladıq. Şagirdlər Kosa və Keçəlin maraqlı əhvalatlarını dinlədi. Onlar da öz şeir,nəğmə və musiqiləri ilə süfrəmizi şənləndirdilər.