Açıq dərs keçirildi

15 mart 2019-cu il tarixində məktəbin riyaziyyat və informatika müəllimi Zəbiyeva Vəsilə Vc sinfində riyaziyyat fənnindən “Düzbucaqlı prizmanın (paralelopipedin) həcmi” mözusunda açıq dərs keçirdi. Dərs interaktiv təlim üsulu ilə təşkil olunmuşdu. Motivasiya mərhələsi üçün şagirdlərə sinifdə olan əşyaların otaqda tutduğu yer və ya hər hansı bir əşyanın müəyyən ölçülü qutunun içinə yerləşməsi haqqında suallar verildi. Kublarla modelləşdirilmiş bir neçə konstruksiya nümayiş etdirildi. Daha sonra şagirdlər qruplara bölündülər və hər birində üç sual olan iş vərəqləri qruplara təqdim olundu.Verilən vaxt tamamlandıqdan sonra, qrup liderləri tədqiqat işlərini təqdim etdilər.Təqdimatlar bitdikdən sonra qrup üzvlərinin təqdimatları müzakirə olundu, qaranlıq qalan nüanslar ətrafında fikir mübadiləsi aparıldı.Yaradıcı tətbiqetmə üçün şagirdlərə mövzu ilə bağlı müxtəlif çalışmalar verildi. Fəallığı ilə fərqlənən şagirdlər müəllim tərəfindən rəğbətləndirildi və formativ qiymətləndirmə aparıldı.