Beynəlxalq Ana Dili günü ilə bağlı növbəti tədbir

Xəzər rayonu Binə qəsəbəsi Ə.Quliyev adına 121 N-li tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana Dili” gününə həsr olunmuş silsilə tədbirlər davam edir. Növbəti tədbir 22.02.2016-cı il tarixində 1e və 1f sinif şagirdləri tərəfindən reallaşdırılmışdır. Tədbirdə şagirdlərimizin milli mənəvi dəyərlərə verdiyi qiymət göz qabağında idi. Tədbir milli rəqslər, vətənə və ana dilinə sevgini özündə tərənnüm edən şeirlərlə zəngin idi. Bununla yanaşı 1-ci sinif şagirdləri milli və avropa nağıllarının səhnələşdirilməsini uğurla həyata keçirmişlər. Tədbirdə sinif müəllimlərinin şagirdlərlə birgə fəaliyyəti alqışlanmışdır. Tədbirdə iştirak edən 121 N-li məktəbin direktoru Akif Abdullayev və məktəbin pedaqoji heyyəti şagirdlərə minnətdarlıq edərək şagirdlərin fəaliyyətini yüksək qiymətləndirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi